Azərbaycan
Akademik Milli Teatrının sabiq əməkdaşı, Əməkdar artist Mehriban Xanlarova Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Aktrisa müraciətində
bildirib ki, 7 ay öncə çox böyük haqsızlıqla üzləşib:
“Yeddi ay
öncə, məmur özbaşınalıqlarını Sizə çatdırmaq üçün yazılar yazmışam. Mənə Milli
Dram Teatrından bildirildi ki, “sən heç bir şey yaza bilməzsən”, “deyə bilməzsən”
və işdən azad edilməyim üçün hazır ərizəni qarşıma qoydular, “imzalayın” dedilər.
Mən də, sadəcə, imzaladım”.
Ötən müddət maddi
və mənəvi böhran yaşayan Əməkdar artist son ümidi Dövlətimizin başçısına müraciət
etmək görüb. Səbəbsə çox sadədir:
“Yeddi
aydır, döymədiyim qapı yoxdur. Xeyli sayda məktublar göndərmişəm, təəssüflər
olsun ki, heç birindən cavab gəlməyib. Mənə deyirlər ki, “get, sən nə istəyirsənsə,
onu da et”.
Məmur
laqeyidliyi üzləşən Mehriban Xanlarovanın bütün təşəbbüsləri bu günə qədər
cavabsız və nəticəsiz qalıb. Nəhayət, onu Prezident İlham Əliyevə ünvanladığı məktub
Mədəniyyət Nazirliyinə göndərilib.
“Nazirlikdən
bildirildi ki. Sizə yazdığım məktub çatdırılıb və nazirliyə göndərilib.
Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. O məktubda Sizə məni Milli
Dram Teatrına qaytarmağınız üçün yalvarmışdım… Adını çəkmədiyim məmurlar məni
teatrdakı işimə bərpa etmədilər. Adını da belə qoyurlar: Guya dövlətə qarşı
çıxmışam. Mən hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına, Sizin həyata
keçirdiyiniz dövlət siyasətinə sadiq olmuşam, ölənədək də sadiq qalacağam.
Çünki mən dövləti, dövlətçiliyi, Azərbaycanı, torpağımızı, xalqımızı,
Prezidentimi sevən vətəndaşam. İnanın, məni elə vəziyyətə salıblar ki, Sizə
videomüraciət edirəm, o qədər həyəcanlıyam ki, sözlərimi ardıcıllıqla deyə
bilmirəm. Sizə yalvarmaqdan heç vaxt utanmamışam, utanmaram da… Yenidən Sizə
müraciət edirəm, məni teatra geri qaytarın. Daha məmurların adlarını çəkmək istəmirəm.
Möhtərəm Prezident, mənim Sizdən və Allahdan başqa heç kəsim yoxdur. Bir daha
xahiş edirəm, məni doğma teatrıma qaytarın”-deyə məktubda qeyd olunur.
Təəccüblüdür,
deyilmi?!
Həyatını teatra
bağlamış və əvəzində həyatda çox az qazanmış bir qadının, bir aktrisanın müracətinə
laqeyid qalmaq sadəcə mümkün deyil.
Bəyəm bu
insan bu dövlətdən çoxmu şey istəyir?
O, sadəcə
ömrünü şam kimi əritdiyi teatrın divarları arasında nəfəs almaq istəyir. İstəyir
ki, qalan ömrü sənət dostlarının arasında keçsin. Sevdiyi rolları ilə
arada-sırada tamaşaçıların görüşünə gəlsin.
Bunda pis nə
var ki?..
Bu cür xırda
şeyləri arzu və xəyal edənlər ancaq sənət fədailəridir. Fədailərsə nə vəzifə, nə
pul, nə də mənsəb istəyir. Sadəcə həyat verdiyi rolların işığında qocalıb getmək
istəyir.
Sadə bir sənət
adamının ülvi arzuları qarşısına sədd çəkmək ən azından insafsızlıqdır. Üstəlik
bu peşəkarlığa qarşı inzibati cəza tədbiridir.
Ola bilsin
ki, Mehriban Xanlarova bir qədər ərköyündür. Bəlkə də teatrda kiminsə qəlbinə
toxunub. Amma belə xırda məsələlərə görə insanı ömürlük evə “həbs” eləmək
olmaz. Teatrdan uzaq tutmaq nə peşəkarlığa, nə insanlığa, nə də idarəçiliyə
sığmır.
Olmazmı ki,
onu həyatından çox sevdiyi teatra qaytarsınlar, ara-sıra rol versinlər. Və bunu
müəyyən şərtlər çərçivəsində etmək də olar.
Amma görünüən
odur ki, Akademik Milli Dram Teatrında tam başqa atmosfer var. Teatrın rəhbərliyi
kollektivi qanunlarla və insani dəyərlərlə yox, öz ambisiyası ilə idarə edir. Və
rəhbərliyin iradəsinə qarşı çıxanlarsa ən ağır şəkildə cəzalandırılır. Bu cəza
metodu isə görünən odur ki, çox zaman əmək qanunvericiliyini və insanların konistision
hüquqlarını pozmaqla edilir.
Bu isə ancaq
təəssüf və hiddət doğurur. Ən pisi də odur ki, bütün bunlar Mədəniyyət
Nazirliyinin gözü qarşısında baş verir.
Nazirliksə hələki
susur. Susmaqsa razılıq əlamətidir. Deməli Teatrda baş verən qanunsuzluqlar
Nazirliyin maraqlarına xidmət edir.
Hələ onu
demirik ki, Prezident Adminstrasiyasından göndərilən məktuba Mədəniyyət
Nazirliyinin laqeyid qalması heç bir məntiqə sığmır. Deməli, Nazirlikdə tamam
başqa atmosfer var.
Belədirsə heyf...
Bura artıq sözün bitdiyi yerdir.
News365.az