Repetitorluğu ləğv etmək... - Emin Əmrullayev

Repetitorluğu ləğv etmək... - Emin Əmrullayev
22 İyn 2026 22:40

Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil.

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və Xəzər TV televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır:

"Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram. Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir".


Sizin reklam burada
Sizin reklam burada