Meksikada güclü küləyin təsiri nəticəsində uşaqların olduğu şişmə oyun parkı havaya qalxaraq aşıb.
News365.az xəbər verir ki, hadisə nəticəsində azı 10 uşağın xəsarət aldığı bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Hadisənin başvermə səbəbləri araşdırılır.