Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçi Tehrandan Omanın paytaxtı Maskata yola düşdüyü bildirilir.
News365.az xəbər verir ki, İranın danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Tehrana qayıtdıqdan bir neçə saat sonra Maskata yola düşüblər.
Məhəmməd Baqir Qalibafın Oman səfəri çərçivəsində Sultan Heysəm bin Tariqlə görüşəcəyi və Hörmüz boğazının idarə olunması ilə bağlı İranın müəyyən etdiyi mexanizmlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Səfər zamanı İranın xarici işlər naziri Abbas Əraqçi də danışıqlar heyətinin rəhbərini müşayiət edir.