Prezident Hüseynqulu Quliyevi təltif etdi

Prezident Hüseynqulu Quliyevi təltif etdi
22 İyn 2026 15:32

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

News365.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiridir.


Sizin reklam burada
Sizin reklam burada