Ermənistanın Gümrü şəhərindən Moskvaya uçan təyyarə həyəcan siqnalı verib.
News365.az xəbər verir ki, bu barədə “Tass” “Flightradar” məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, təyyarə Dağıstan üzərində həyəcan siqnalı verib. Boeing təyyarəsi Moskva vaxtı ilə saat 11:24-də Gümrüdən havaya qalxıb.
Təyyarənin Mahaçqalaya enəcəyi açıqlanıb. Təyyarə Moskva vaxtı ilə saat 15:25-də Moskvaya çatmalı idi.