Mənim videomüraciətimdən sonra Akademik Milli Dram Teatrın rəhbərliyi mənimlə əlaqə saxladı.
News365.az xəbər verir ki, bunu Əmədar artist Mehriban Xanlarova növbəti vodeomüraciəti zamanı deyib.
O, qeyd edib ki, teatr rəhbərliyi ona hazırda aktrisa ştatın olmadığını bildirib:
“Bu, qərəzli şəkildə mənə olan cavabdır. Bunu qəbul edirəm. Mən o teatrın 28 il tozunu, torpağını udmuşam, sizin sevginizi qazanmışam, ulu öndərin imzası ilə “Əməkdar artist” adını almışam. “İndi bəlkə hər kəs təəccüblənəcək. Yox, təəccüblənməyin. Artıq mən buna qərar verdim. Məni Akademik Milli Dram Teatrında xadimə vəzifəsinə götürsünlər. Mən buna razıyam, təki mən teatrıma qovuşum, öz doğma teatrımda işləyim. Mən buna razıyam. Mən xadimə vəzifəsində işləyənlərdən artıq deyiləm. Namusla, qeyrətlə çörək qazanıb evə gətirmək mənim üçün ayıb deyil. İndi görüm buna nə bəhanə gətirəcəksiniz? Buyurun, sizdən cavab gözləyirəm”.