Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında aparılan tikinti narahatlıq doğurur.
News365.az-ın xəbərinə görə, Sumqayıt şəhərinin Yaşma bağları ərazisində yanacaqdoldurma məntəqəsinin cəmi 2-3 metrliyində iri market binasının tikintisi aparılır. İddialara görə, təhlükəsizlik normalarına uyğunluğu sual doğuran tikinti ərazisində işlər sürətlə davam etdirilir.
Məlumata əsasən, tikintidə çalışan ustaların əmək müqaviləsi olmadan işlədildiyi bildirilir. Eyni zamanda, obyektin inşasına dair müvafiq ekspertiza rəylərinin və digər icazə sənədlərinin olub-olmaması da suallar yaradır.
Yanacaqdoldurma məntəqəsinin bu qədər yaxınlığında iri obyektin tikintisi ərazidə yaşayan sakinlər arasında narahatlıq yaradıb.
Məsələ ilə bağlı Fövqəlada Hallar Nazirliyi tərəfindən News365.az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətinin nümayəndələri tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Belə ki, tikinti işlərini aparan şəxs tərəfindən qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq, icazəverici sənədlər təqdim olunmayıb.
Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.
Həmçinin Sumqayıt İcra hakimiyyətindən də sorğumuza cavab olaraq bildirildi ki, qanunsuz olduğu üçün tikinti dayandırılıb