Argentina buna icaz verdi

Argentina buna icaz verdi
18:40

Argentina hökuməti beynəlxalq maliyyə institutlarından 5 milyard ABŞ dollarınadək həcmdə yeni borclanmanı təsdiqləyib.

News365.az “Reuters”ə istinala  xəbər verir ki, qərar hökumətə beynəlxalq maliyyə qurumlarından əlavə maliyyə vəsaiti cəlb etmək imkanı yaradacaq. 

Borclanmanın ölkənin iqtisadi və maliyyə proqramlarının dəstəklənməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Argentina son illərdə yüksək inflyasiya, büdcə kəsiri və xarici borc yükü ilə mübarizə aparır. Hökumət iqtisadi sabitliyin təmin olunması və maliyyə ehtiyatlarının gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir.



Sizin reklam burada
Sizin reklam burada