Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən “Korkmaz Firması” adlı mağazadan alınan qazan dəsti ilə bağlı alıcı narazılığı yaranıb.
News365.az xəbər verir ki, alıcının iddiasına görə, aldığı qazan dəsti cəmi bir dəfə istifadə olunduqdan sonra yanaraq yararsız vəziyyətə düşüb. Bununla əlaqədar məhsulu mağazaya qaytarmaq istəyən müştəri, satıcı tərəfindən mənfi cavab aldığını bildirib.
İddiaya əsasən, mağaza əməkdaşları məhsulu geri qəbul etməkdən imtina edərək, “Hara istəyirsiniz şikayət edin” cavabını veriblər.
Alıcı bildirib ki, hadisə ilə bağlı 102 Xidməti-Zəng Mərkəzinə də məlumat verilib. Lakin onun sözlərinə görə, indiyədək məsələ ilə bağlı hər hansı tədbir görülməyib.
Müştəri hüquqlarının pozulduğunu iddia edən alıcı aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını və hüquqlarının bərpa olunmasını xahiş edir.
Qeyd: Xəbərdə yer alan iddialar alıcının bildirdiyi məlumatlara əsaslanır. Qarşı tərəfin mövqeyi təqdim edildiyi halda materialda dərc olunacaq.
Qarşı tərəfində mövqeyini öyrəndik. Ərazi üzrə polis bölməsindən gəlib, məhsula baxılıb. Heç bir problem olmadığı üzə çıxıb

