Kanadada silahlı hücum olub, azı 3 nəfər ölüb

Kanadada silahlı hücum olub, azı 3 nəfər ölüb
22 İyn 2026 23:01

Kanadanın Monreal şəhərində silahlı hücum baş verib.


News365.az xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər həyatını itirib.


Məlumata görə, hücum zamanı daha bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.


Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini və hücumu törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.


Sizin reklam burada
Sizin reklam burada