ABŞ Maliyyə Nazirliyi İran nefti, neft məhsulları və neft-kimya məhsulları ilə bağlı əməliyyatlara icazə verən 60 günlük sanksiya istisnası (waiver) verib.
News365.az “Reuters”ə istinadla xəbər verir ki, qərar Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda qəbul edilib.
Müvəqqəti lisenziya İran mənşəli xam neftin, neft məhsullarının və neft-kimya məhsullarının istehsalı, satışı, daşınması və idxalı ilə bağlı əməliyyatlara, eləcə də bankçılıq, sığorta və nəqliyyat xidmətlərinə şamil olunur. Lisenziya avqustun 21-dək qüvvədə olacaq.