Son zamanlar "Azergold" QSC ilə bağlı müxtəlif səpgili informasiyalar yayılmaqdadır.
News365.az xəbər verir ki, həmin məlumatlarda bildirilir ki, "AzerGold" İdarə heyətinin sədri Zakir İbrahimovun 10 müşaviri var. Halbuki Azərbaycanda heç bir məmurun bu qədər müşaviri yoxdur.
Bu qədər müşavirin nəylə məşğul olduğunu bilmirik. Amma bildiyimiz odur ki, həmin müşavirlərdən biri Zakir İbrahimovun "vuran əli"dir. Baxmayaraq ki, onun adı heç yerdə hallanmır.
Bəs bu gizli qəhrəman kimdir?
Əldə etdiyimiz məlumata görə həmin şəxs DTX- nin keçmiş əməkdaşı, polkovnik-leytenant Kamran Rzazadədir. Maraqlısı odur ki, adı QSC-nin struktur siyahısında keçməsə də, cəmiyyətə dair bütün daxili proseslərdə iştirak edir, inzibati binada şəxsi kabineti mövcuddur, hətta müavinlərlə eyni səviyyədə xidməti “Lexus” avtomobil ilə təmin edilib. Kamran Rzazadə Z.İbrahimovun gizli silahı olaraq bütün daxili məsələlərə müdaxilə edir, onun razılığı olmadan heç bir ciddi qərarlar qəbul olunmur. “AzerGold”-un keçirdiyi iri miqyaslı tenderlərə müdaxilə edərək, özlərinə maraqlı olan şirkətin qalib seçilməsini təmin edir. Bizdə olan məlumata görə “AzerGold”un podratçısı olan “Global Mining” şirkətində payı mövcuddur.
Həmçinin Z.İbrahimovun şəxsi biznesi belə onun kurasiyasındadır. Digər maraqlı məqam ondan ibarətdir ki, Kamran Rzazadə Z.İbrahimovun qayınatası Kamran kişinin yaxın qohumudur və bu etimadı qazanma səbəbi onun varlığı olması ehtimal olunur. Mənbənin məlumatına görə, K.Rzazadə işdə sədrin qəzəbinə tuş gələn əməkdaşların işdən uzaqlaşdırılmasını həyata keçirir. Z.İbrahimovun keçmiş müavini Oktay Məmmədov da onun qurbanlarından birdir. Bu “Boz Kardinal”ın sədr ilə münasibətlərinin bu qədər isti olması ciddi suallar duğur
K.Rzazadə ətrafda, bahalı avtomobillərə sevgisi və zəngin həyat tərzi keçirən biri kimi tanınır. Bildiyimiz qədər bu əyləncələr ciddi vəsait tələb edir. Sual doğuran məqam odur ki, K.Rzazadə bu vəsaiti DTX-da işlədiyi dövrdə qazandığı çirikli pullardanmı, yoxsa Z.İbrahimov ilə birgə qazandığı pullardan xərcləyir?.