Beyləqanda qəza olub, XƏSARƏT ALANLAR VAR

Beyləqanda qəza olub, XƏSARƏT ALANLAR VAR
11 İyn 2026 23:00

Beyləqanda ağır qəza baş verib.

News365.az xəbər verir ki, hadisə Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Toyota” və “Renault” markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada