Azərbaycanlı polis rəisinin otağı Ukraynada vuruldu

Azərbaycanlı polis rəisinin otağı Ukraynada vuruldu
10:39

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

News365.az "Report"a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron rəisin otağını hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə dağılıb.

R.Vəliyev təhlükə hiss edən kimi otağı tərk etdiyi üçün xəsarət almayıb. İdarədə olan polislər arasında ölən olmayıb.

Qeyd edək ki, Rüstəm Elçin oğlu Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.


Sizin reklam burada
Sizin reklam burada