Azərbaycanın coğrafi mövqeyi, Çinin iqtisadi gücü- TƏHLİL

15:10

14 günlük ÇİN səfərimiz artıq yekunlaşdı. Bu səfər ərzində müxtəlif görüşlərdə iştirak etdik, mədəni tədbirlərə qatıldıq, fərqli şəhərlərin həyat ritmini tutmağa çalışdıq. 14 gün əlbəttə ki, dünyanın ikinci ən böyük iqtisadi gücünü tam dərk etmək üçün kifayət deyil. Lakin bu qısa müddət ərzində belə ÇİN xalqının qonaqpərvərliyini, səmimiyyətini və işgüzar münasibətini yaxından görmək imkanı qazandıq.

Açığını desək, ÇİN-də Azərbaycanı hələ kifayət qədər tanımırlar. Tez-tez ölkəmizi və paytaxtımız Bakı şəhərini xəritədə göstərib izah etmək məcburiyyətində qalırdıq. Bu, bir tərəfdən bizi məyus etsədə, digər tərəfdən isə böyük bir fürsətdir. Çünki tanınmamaq həm də təqdimat üçün yeni qapılar açır. Azərbaycanın qədim mədəniyyətini, zəngin təbii sərvətlərini, regional əhəmiyyətini və müasir inkişaf modelini ÇİN cəmiyyətinə çatdırmaq üçün geniş imkanlar mövcuddur.

Bu səfər bizə göstərdi ki, Azərbaycan və azərbaycanlılar üçün ÇİN həm böyük bir bazar, həm də geniş əməkdaşlıq platformasıdır. İqtisadiyyat, mədəniyyət, təhsil, turizm və humanitar sahələrdə əlaqələrin inkişafı üçün perspektivlər həqiqətən genişdir. Sadəcə biz bu fürsəti vaxtında və düzgün dəyərləndirməliyik.

Əminliklə demək olar ki, İlham Əliyev və Si Cin Pin arasında dostluq və qarşılıqlı hörmət əsasında qurulacan münasibətlər hər iki xalqa fayda verir.

Azərbaycanın coğrafi mövqeyi ilə ÇİN-in iqtisadi gücü birləşəndə ortaya həm regional, həm də qlobal miqyasda mühüm əməkdaşlıq imkanları çıxır.

Aqil Məmmədov, siyasi ekspert

Sizin reklam burada
Sizin reklam burada