Azərbaycanın 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.
Yığma 1/4 finalda Polşa seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələmişdi.