Renat Dadaşov millidən niyə kənarlaşdırılıb?

Renat Dadaşov millidən niyə kənarlaşdırılıb?
12:36

Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Ukrayna ilə oyundan öncə komandadan göndərilib. 

News365.az-ın məlumatına görə, buna səbəb onun millinin düşərgəsinə gec gəlməsi olub. 

Belə ki, Azərbaycan yığma komandası Bakıda təlim-məşq toplanışına başlayarkən Renat Dadaşov düşərgəyə iki gün gec qoşulub. Baş məşqçi Ayxan Abbasov gec gəldiyinə görə ona xəbərdarlıq edib. Yaxşı hazırlıq keçməyən Renatı Ukrayna ilə oyun üçün “23-lüy”ə daxil etməyərək heyətdən kənarlaşdırıb. 

Dadaşov isə millinin matçını da izləməyərək klubu “Motor”un düşərgəsinə yollanıb.


Sizin reklam burada
Sizin reklam burada