Aşıq Veysəlin vəfatından 52 il ötür

Aşıq Veysəlin vəfatından 52 il ötür
22 Mar 2025 00:30

Türk xalq musiqisinin əfsanəvi simalarından biri olan Aşıq Veysəl Şatıroğlunun vəfatından 52 il ötür. "Kara Toprak", "Uzun İnce Bir Yoldayım", "Dostlar Beni Hatırlasın", "Güzelliğin On Par Etmez""Kahpe Felek" kimi unudulmaz əsərləri ilə musiqi dünyasında dərin iz qoyan ustad aşıq, bugün də böyük sevgi və hörmətlə anılır.

"Uzun ince bir yoldayım / Gidiyorum gündüz gece / Bilmiyorum ne haldeyim / Gidiyorum gündüz gece""Ben giderim adım kalır / Dostlar beni hatırlasın / Düğün olur bayram gelir / Dostlar beni hatırlasın" misraları ilə könüllərə taxt quran Aşıq Veysəl, söz və musiqi sənətinin ən qiymətli adlarından biri kimi xatırlanır.

Gözlərini dünyaya qaranlıq açsa da, könül gözü ilə hər şeyi görən, sözləri və sazı ilə milyonların qəlbinə toxunan ustad aşıq, 21 mart 1973-cü ildə dünyasını dəyişib. Lakin onun misraları, melodiyaları və sənətinə duyulan sevgi zamanın axarında heç vaxt itməyib.

Türk xalq ədəbiyyatının və musiqisinin nəhəng siması olan Aşıq Veysəl, sadəcə bir şair və musiqiçi deyil, eyni zamanda insanlığa dair dərin fəlsəfi düşüncələri ilə də yaddaşlara həkk olunub. Onun irsi bu gün də yeni nəsillərə ilham verməyə davam edir.


Sizin reklam burada
Sizin reklam burada