Nərimanovu bütün Sovetlər matəm günü ilə dəfn etdilər.
Bir daha Azərbaycanlılara Sovetlər içində bu məqam nəsib olmadı.
Bir günlük matəmlə bütün Sovetlər Lenindən sonra ikinci "Şərq Lenini" üçün ağladılar.
Adının əbədiləşdirilməsi üçün Sərəncam verildi.
Adını çoxlu müəsissələrə, küçələrə ...
Moskvanın tam mərkəzində "Erməni döngəsi" olaraq bilinən Çar Rusiyasında Ermənilərin qurduğu Lazerev İnstitunu "Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutu" adlanmağa başlandı, 1939 cu ilə qədər bu gün Şərqşünaslıq olaraq tanınan araşdırmaların Sovetlər içində ilk mərkəzi idi.
Peterburq Şərqşünaslıqını quran Mirzə Kazımbəy, Moskva Şərqşünaslığını quran və sonradan adını verdikləri Nərimanov Rusiya Azərbaycan münasibətlərində iki fərqli fenomen olaraq araşdırılmalıdır.
Mirzə Kazım bəyin mirasının əsasında Türk tatar qarammatikası dayanır.
Bu iki Rusiya ilə münasibətlərdə açar rolu olan şəxsiyyətlərin nə etdikləri və nə üçün etdikləri ağlın təhlilindən çıxdığdan sonra tərəziyə qoyula bilər.
"Bilənlər və bilməyənlər" məsələsini bir də xatırladım ki, oxuyanlar dərdə düşməsin.
Biz "bilməyənlər" olaraq tarixə girdiyimiz üçün o gündən bu günə "bilənlər" sırasına qoşula bilmədik,
Çoban itsiz qoyun sürüsünü idarə edə bilməz,
Çoban biləndir, it bildirəndir.
Mirzə Kazım da, Nərimanda bilənlərin sırasındadır,
"Bildirənlər" hürməkdə davam edərlər.
Asılan kitablar dönəminə xoş gəldik.
İdris Heydərli, filosof