Türkiyə Daxili İşlər Nazirliyi (DİN) Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaş və onun şəxsi müşaviri Nevzat Uzunoğlu ilə bağlı ittihamların araşdırılmasına icazə verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Mövzu ilə bağlı açıqlama verən M.Yavaş bildirib ki, qanuni hüquqlarından istifadə edərək ən qısa zamanda məhkəməyə müraciət edəcəklər.
Qeyd edək ki, daha əvvəl Ankara Baş Prokurorluğu ABB-nin konsert xərcləri ilə bağlı apardığı araşdırma çərçivəsində M.Yavaş və N.Uzunoğluna qarşı irəli sürülən ittihamları “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “nəzarət vəzifəsinə etinasızlıq” kimi qiymətləndirərək Daxili İşlər Nazirliyindən istintaqa icazə istəyib.Türkiyə Daxili İşlər Nazirliyi (DİN) Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaş və onun şəxsi müşaviri Nevzat Uzunoğlu ilə bağlı ittihamların araşdırılmasına icazə verib.
News365.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Mövzu ilə bağlı açıqlama verən M.Yavaş bildirib ki, qanuni hüquqlarından istifadə edərək ən qısa zamanda məhkəməyə müraciət edəcəklər.
Qeyd edək ki, daha əvvəl Ankara Baş Prokurorluğu ABB-nin konsert xərcləri ilə bağlı apardığı araşdırma çərçivəsində M.Yavaş və N.Uzunoğluna qarşı irəli sürülən ittihamları “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “nəzarət vəzifəsinə etinasızlıq” kimi qiymətləndirərək Daxili İşlər Nazirliyindən istintaqa icazə istəyib.