Hərbi xidmətdən ödənişlə azad olmaq mümkün olacaq - VACİB AÇIQLAMA

Hərbi xidmətdən ödənişlə azad olmaq mümkün olacaq - VACİB AÇIQLAMA
13:25

Türkiyə və bir sıra Avropa ölkələrində vətəndaşlar müəyyən məbləğ ödəməklə hərbi xidmətə getmədən bu öhdəliyi yerinə yetirmiş hesab olunurlar. Ödənişlər isə ordunun təchizatı və digər ehtiyaclarının qarşılanmasına sərf edilir. Bəs bu praktika Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı  hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, belə yanaşmalar dünyanın bir çox ölkəsində mövcuddur və zamanla Azərbaycanda da gündəmə gələ bilər:

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

“Türkiyədə və bir sıra Avropa ölkələrində ödəniş etməklə hərbi xidmət keçməmək mümkündür. Azərbaycan üçün bu hələ tezdir. Bu, bir il, beş il sonra ola bilər. Bir müddət keçdikdən sonra müəyyən şərtlər çərçivəsində hərbi xidmət keçməmək mümkün olacaq”.

Ekspert əlavə edib ki, mütərəqqi qanunvericilik nümunələrinin Azərbaycanda da tətbiqi vacibdir:

“Türkiyədə və Avropa ölkələrində olan mütərəqqi qanunlar Azərbaycanda da tətbiq edilməlidir. Sadəcə, bizdə qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumlar niyə alternativ xidmət haqqında qanunu qəbul etmir? Bu, Azərbaycan vətəndaşının konstitusion haqqıdır. Niyə gözləyirlər ki, kimsə onlara göstəriş versin?”

Üzeyir Cəfərov hesab edir ki, ödənişlə hərbi xidmətdən azadolma modeli gələcəkdə ölkəmizdə də tətbiq olunacaq:

“Düşünürəm ki, Türkiyədə və Avropa ölkələrində mövcud olan bu sistem Azərbaycanda da olacaq. Sadəcə, bunun nə vaxt reallaşacağını proqnozlaşdırmaq mümkün deyil. Buna bir qədər səbr lazımdır”. /// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada