CHP-nin Öcalan görüşünə “yox” cavabı AKP-dən reaksiyaya səbəb oldu

CHP-nin Öcalan görüşünə “yox” cavabı AKP-dən reaksiyaya səbəb oldu
15:37

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsi deputatların PKK terrorçularının lideri Abdullah Öcalanın həbsxanada saxlandığı İmralı adasına göndərilməsi barədə qərar qəbul edib. Qeyd olunur ki, 53 deputatdan 32-si lehinə, 30-u əleyhinə, 3-ü isə bitərəf qalıb. 

Görüşün nəticələri, eləcə də CHP-nin nümayəndə heyətinə qoşulmaması maraq doğuran məsələlərdir.

 Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasının üzvü Şamil Ayrım bildirib ki, hökumət və bir çox partiyalar Türkiyədə davamlı sülh üçün lazım olan bütün addımları atırlar:

“Təqribən 3 ay Türkiyə Böyük Millət Məclisində qurulan komissiya bir sıra görüşləri həyata keçirib. Dövlət Baxçalının İmralıya getməklə bağlı fikrindən və bunun cənab Prezidentimiz tərəfindən də dəstəklənməsindən sonra İmralıdan PKK terror təşkilatının başçısı tərəf olaraq qəbul edildi. Dolayısı ilə PKK terror təşkilatının başçısı ilə görüş  lazım gəldi.

Türkiyədə davamlı sülh üçün nə lazımdırsa, hökumət, bir çox siyasi partiya addım atmağa çalışır. Vətəndaşlarımızın 100%-nə yaxını terrorun artıq bitməsini, resursların daha terrorla mübarizəyə xərclənməməsini istəyir. Bizim üçün bu çox vacibdir. Görüşdən sonra müəyyən açıqlamalar olacaq, indidən nəsə demək düzgün olmazdı. Amma orada böyük ehtimalla irəlidəki  əngəllərlə bağlı bir sıra  nüanslar müzakirə edilə bilər. Cənab prezidentimiz bu mövzuda çox qərarlıdır. Dövlət Baxçalı da eyni şəkildə qərarlı mövqe tutur. Heyətin müəyyənləşməsi önəmli idi”.

Ş.Ayrım CHP-nin nümayəndə heyətinə qatılmamasını doğru saymadığını deyib:

“CHP bu heyətə millət vəkili vermədi, 4 partiya görüşə gedir. CHP tərəfinin də özlərinə görə səbəbləri var. Türkiyədə təqribən 40-45 il ərzində aparılan terrorla mübarizə zamanı şəhidlər verdik. Bu illər ərzində Öcalana terrorçubaşı, uşaq qatili dedik. Bunun izlərini bir anda silib atmaq asan deyil. CHP də mənə görə bu məsələdə siyasətini ön plana çıxardı. Bu mərhələdə mən bunu doğru hərəkət saymıram. Görüşlər aparılardı. Nəticədə, bütün bu görüşlərin ardından qarşıdakı dövrdə parlament bu istiqamətdə müəyyən qanunlar qəbul edəcək. Hələlik görüş heyətinin nə ilə gələcəyini bilmirik. Bütün bunlara baxdıqda Türkiyənin ana müxalifət partiyası olan CHP-nin daha sağlam düşüncəli davranması lazımdır.  Həm də sual yaranır, yaradılan komissiyanın tərkibində CHP indiyə kimi niyə qalır? Hətta komissiyadakı vəzifələrinə davam edəcəkləri ilə bağlı açıqlamaları da mövcuddur. Lakin bununla bərabər halqanın bir tərəfində yoxdurlar. Ona görə bu, CHP-nin təbii ki, öz qərarıdır, nəsə deyə bilmərəm. Görüşdə iştirak etməmə səbəblərini yəqin ki, onlar özləri açıqlayarlar./// modern


Sizin reklam burada
Sizin reklam burada