Ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər
News365.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə baş verən "Lake Hotel"in mühafizəçisi Əliağa Həsənov deyib.
“Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli elektrik naqilinə toxundu”.
***
Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.
News365.az-ın APA-ya istinadən verdiyi məlumata görə, onlar dəmir konstruksiyanın yerini dəyişərkən hadisə baş verib.
***
"Lake Hotel"in 4 işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə cinayət işi açılıb.
News365.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, adıçəkilən şəxslər qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
***
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
News365.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.