Mehdiabadda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Mehdiabadda çoxmərtəbəli yaşayış binasında YANĞIN
21:40

Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 61 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kvadratmetr sahədə yanıb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.


Sizin reklam burada
Sizin reklam burada