Bir neçə gün öncə İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı inqilabdan əvvəlki universitet mühitindən danışıb.
News365.az-ın “Azad İran”a istinadən xəbərinə görə, o bildirib ki, həmin dövrdə bir çox qız tələbələr hicab taxmırdı, buna baxmayaraq, yüksək şəxsiyyət və nümunəvi davranış sərgiləyirdilər.
“İnqilabdan əvvəl - universitetdə oxuduğumuz vaxt bir çox qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idi. Heç bir qız özünü başqa cür göstərə bilməzdi. O vaxt kimsə onlara söz deyə və ya hörmətsizlik edə bilməzdi”, - o vurğulayıb.
Prezidentin bu açıqlaması ölkədə geniş müzakirələrə yol açıb.