Son günlərdə Ramiz Mehdiyev ətrafında etnik mənşə ilə bağlı sübutlar mediada təqdim edilib. Onun həyat yoldaşı Qalina Mehdiyevanın erməni olması və bu amilin Mehdiyevin karyerasında rol oynaması ilə bağlı müxətlif dəlillər cəmiyyətə təqdim edilib.
Araşdırmalar davam etdikcə daha ilginc faktlar ortaya çıxıb. Həmin araşdırmalara görə, Ramiz Ənvər oğlu Mehdiyevin Naxçıvan Muxtar Resublikasının Şərur rayonunun Qarxun kəndində doğulduğu deyilir. Maraqlıdır ki, onun bu kənddə artıq yaxın qohumları qalmayıb. Əldə etdiyimiz məlumatlara görə, Mehdiyevin Qarxun kəndində bir əmisi oğlu yaşayıb və o, Naxçıvan Kooperativ İttifaqının kənd mağazasında işləyib. Onun Ramiz Mehdiyevin həyatına şahid olduğunu iddia edə bilmərik, onunla danışa da bilmərik, çünki dünyasını dəyişib. Bu gün də illərdir həmin kənddə belə bir söz-söhbət dolaşır ki, Ramiz Mehdiyev körpə ikən çamadana qoyulub və qəbiristanlığa atılıb. Buna görə əsl valideynlərinin kimliyi bəlli deyil. Bəzi iddialara görə, Mehdiyevin valideynləri Ermənistandan Naxçıvana köçüblər. Məsələ burasındadır ki, Ramiz Mehdiyevin bioqrafiyasında onun Bakı şəhərində doğulduğu deyilir. Jurnalist, siyasi şərhçi Heydər Oğuzun araşdırmalarına görə isə Naxçıvan ağsaqqalları əsaslı şəkildə şahidlik edir ki, Ramiz Mehdiyevin anası onu Naxçıvana qucağında gətirib. Bununla da Ramiz “Ənvəroviç”in qeyri-rəsmi evlilikdən törəmiş uşaq olduğu sübut edilir. Və bununla da onun heç də Bakıda dünyaya gəlmədiyi dəqiq faktlarla göstərilib.
Digər məlumatlara görə, əslən Şərur rayonunun Qarxun kəndindən olduğu iddia edilən Ramiz Ənvəroviçin atası Ənvər kişi bir ildən sonra səfərbərliyə alınaraq yenicə başlamış Finlandiya-SSRİ müharibəsinə göndərilib. Hansısa səbəbdən ondan uzun illər xəbər alınmayıb. Yoldaşı bu səbəbdən övladını qucağına alıb başqa yerlərə köçüb və oralarda məskunlaşıb.
Heydər Oğuz daha sonra yazır: “Ənvər kişi uzun illərdən sonra vətənə qayıdandan sonra da problemləri bitmir. Sovet hakimiyyəti onun müharibə dövründə düşmənə satıldığından şübhələnirmiş və bu səbəbdən bütün qohum-əqrəbaları qorxularından Ənvər kişi ilə bütün əlaqələrini kəsib. Hətta Ramiz Mehdiyevin özünün də sovet hakimiyyətinin ağır dövrlərində atası barədə danışmaqdan xoşlanmır. Hakimiyyət pillələrində yüksələ bilsin deyə, bir növ ondan imtina edir. (Yeri gəlmişkən, haşiyəyə çıxaraq bildirmək istərdim ki, Ramiz Mehdiyev kadr seçimində də özü kimi atasından imtina edənlərlə işləməyə üstünlük verirdi. Təsadüfi deyil ki, Ramiz “Ənvəroviç”in ən yaxın silahdaşı da (kimdən söhbət getdiyini bildiyiniz üçün özümə əziyyət verib adını çəkmirəm) atasından imtina etmişdi). Beləcə, özü və əsli-kökü barədə şaiyələrin yayılmasına şərait yaradır.
Naxçıvan şəhərində yaşadığı zamanlar anası ağır xəstəlik keçirir və qısa müddətdən sonra həyatla vidalaşır. Uşaq yaşda yetim qalan Ramiz Mehdiyevin internat məktəblərindən birində yetişdirildiyi iddia olunur. Beləcə, valideynlərinin ikisini də müxtəlif səbəblərdən itirən Ramiz Mehdiyevin təlim-tərbiyəsi tamamilə sovet rejiminin ümidinə qalır.
Qısası, ot kökü üstə bitər, Ramiz Mehdiyevin atası da özü kimi vətənə xəyanətdə şübhəli bilinirmiş”.
Qeyd edək ki, KONKRET.az-ın Araşdırma Qrupuna daxil olan səhih məlumatlarda deyilirdi ki, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna erməni əsillidir. Onun qondarma tərcümeyi-halında 15 fevral 1944-cü ildə Gürcüstanın Poti şəhərində gürcü ailəsində anadan olduğu deyilsə də, Qalina Yuryevnanın anası ermənidir. O, özü də bunu dəfələrdə yaxın qohumlarının, ətrafının yanında fəxrlə bildirib. Atasının gürcü, anasının erməni olduğu ailə çox kasıb olub. Alina Manukyanın qızı Qalina 1960-1965-ci illərdə Suxumi Dövlət Universitetində təhsil alıb. Ramiz Mehdiyevlə ikinci ailə həyatından sonra Azərbaycana köçüb və bir müddət sonra ad və familiyası dəyişdirilib. Nədənsə sonralar Qalina Mehdiyevanın anasının ad və soyadı Natela Qurskaya kimi rəsmiləşdirilib. Onun dəfnində erməni dilində ağı deyildiyi şahidlərin ifadəsi ilə təsdiqlənib.
Əlbəttə, dərin elmi-genetik tədqiqatlar, akademik genealogiya analizləri və ya rəsmi arxiv sənədləri hələ ki, media üçün əlçatmazdır. Ümid edirik ki, bu istiqamətdə dövlətinin müvafiq qurumları da hərəkətə keçəcək.
Amma bəzi mənbələrdə soyadlar, ailə tarixçəsinin qarışdırılması sübuta yetirilib. Çünki Ramiz Mehdiyevin etnik mənşəyinin mürəkkəb olduğunu onun Qarxun kəndində olan yaxın qohumları da vaxtilə təsdiqləyib.
Antropoloji quruluşuna görə də Mehdiyevin yaxın qohumları ilə heç bir oxşarlığı yoxdur. Belə bir informasiya var ki, Ramiz Mehdiyevlə bağlı elmi antropometriya (üz strukturu, genetik test) tədqiqatlarına başlanıb. Çünki ictimaiyyətə açıq genetik test nəticələri, arxiv sənədləri və ya tarixçilərin konsensus hesabatları da vacibdir.
Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə onun millətçilik ideyaları ilə bağlı öz dəst-xətti olub, xüsusən də beynəlmiləlçilik adı altında Azərbaycanda 30 min erməninin yaşaması haqqında jurnalistlər qarşısında həvəslə danışması hələ də yaddan çıxmayıb. Bu gün Ramiz Mehdiyevlə bağlı ciddi cinayət ittihamları – dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, cinayət yolu ilə varlanma maddələri onun erməni millətindən olduğu barədə məlumatların daha sürətlə yayılmasına rəvac verib ki, bu da anlaşılandır. Yəqin ki, biz 2026-cı ildə Ramiz Mehdiyevin tamamilə erməni olması ilə bağlı elmi və tarixi faktların da şahidi olacağıq.
Azərbaycan dövlətçiliyinə qarşı yalnız erməni xislətli adamlar, milli mənsubiyyəti müəmmalı olanlar məhz belə dəhşətli cinayətlər törədə bilər. Araşdırma qrupuna onun bir cinayət əməli ilə bağlı yeni bir məlumat daxil olub. Belə ki, 2012-2013-cü illərdə onun malikanəsinin geniş zirzəmisində saxlanılan yüz minlərlə dollar pulu siçovullar tərəfindən yeyilib. Bu barədə Ramiz Mehdiyevə məlumat verildikdə dərhal qərar qəbul olunub. Belə ki, cənab Mehdiyev zədələnmiş və yeyilmiş pullarının dəyişdirilməsi üçün Azərbaycan Beynəlxalq Bankının o vaxtkı rəhbəri Cahangir Hacıyevə zəng edib. Cahgangir Hacıyev dövlətə xəyanət edərək külli miqdarda pulu dəyişərək Ramiz Mehdiyevə yeni əskinasları maşınlarla daşıtdırıb.
Qeyd edək ki, 2015-ci ildə neftin qiymətinin sürətlə düşməsi Beynəlxalq Bankda yoxa çıxan, yeyilən və “yuyulan” milyardları ortaya çıxardıb. C.Hacıyevin və yaxınlarının Ramiz Mehdiyevin pullarının Rusiyaya daşınması Gürcüstan vasitəsilə həyata keçirilib. Həmin pulların bir qismi Ənvəroviçin Moskvadakı himayədarlarına, digər qismi isə Moskvada supermarketlər şəbəkəsi açmasına yönəldilib. O dövrdə “Kommersant” qəzeti yazırdı ki, ABB-Moskva bankı tərəfindən maliyyələşdirilən kredit layihəsi çərçivəsində iki il ərzində Rusiyanın iri şəhərlərində “Setka” adlı supermarketlər şəbəkəsi yaradılacaq. Burada Ramiz Mehdiyev də payı olduğu çox sonralar üzə çıxdı. /// konkret.az