Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusu təmirə bağlanacaq.
News365.az-ın məlumatına görə, təmir yşləri 2026-cı ilin yanvar ayından başlanacaq.
Mənbə bildirilib ki, sözügedən binada tədris alan tələbələr payız semestrinin imtahan sessiyasını universitetin müxtəlif korpuslarında yekunlaşdıracaq.
Məlumata görə, tələbə-müəllim heyətinin Bakı Asiya Universitetinin binasına köçürülməsi planlaşdırılır.
Qeyd edək ki, 1 saylı tədris binasında BDU-nun "Beynəlxalq münasibətlər və iqtisadiyyat", "Filologiya", "Hüquq" fakültələrinin 3000-ə yaxın tələbəsi təhsil alır.