İsrail su resurslarının idarə olunması sahəsində innovativ layihəyə start verib. Layihə çərçivəsində Aralıq dənizinin duzsuzlaşdırılmış su Kineret gölünə ötürüləcək. Bu, duzsuzlaşdırılmış dəniz suyunun təbii şirin su gölünü doldurmaq üçün istifadə olunmasına dair dünyada ilk nümunədir.
Layihənin məqsədi uzunmüddətli quraqlıqdan əziyyət çəkmiş gölün su səviyyəsini artırmaqdır. Mühəndislərin qiymətləndirməsinə görə, layihə sayəsində gölün su səviyyəsi ayda bir neçə santimetr arta bilər.
İsrail iqlim dəyişikliyi səbəbindən yaranmış su çatışmazlığı şəraitində Kineret gölünü strateji milli su hövzəsi kimi qorumağa çalışır.
Yeni dönəmdə su və su resurlarına malik ölkələr daha dayanıqlı olacaqlar. Əgər bu günə qədər enerji resurslarına görə müharibələr baş verirdisə ,gələcəkdə toqquşmalar su resursları uğrunda olacaq.