Qazaxda evin həyətində kişi meyiti tapılıb.
News365.az xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb.
Bildirilib ki, 62 yaşlı Ənvər İmran oğlu Əhmədovun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.