Məşhur italiyalı müğənni öldü

Məşhur italiyalı müğənni öldü
22 Noy 2025 16:47

İtaliya estradasının aparıcı müğənnilərindən Ornella Vanoni 91 yaşında vəfat edib.

News365.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, müğənni Milandakı evində ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, O. Vanoni "L'Appuntamento" (Görüş) "Senza fine" (Sonsuz), "Domani e’ un altro giorno" (Sabah başqa bir gün), "Una Ragione di Piu" (Daha bir səbəb) kimi dünyaca məşhur hit mahnılarla tanınmışdı.


Sizin reklam burada
Sizin reklam burada