Rusiya ordusunun Ternopola hücumu nəticəsində 33 nəfər ölüb

Rusiya ordusunun Ternopola hücumu nəticəsində 33 nəfər ölüb
21:00

Ukraynanın Ternopil şəhərində Rusiyanın raket zərbəsi nəticəsində uçmuş çoxmərtəbəli yaşayış binasının dağıntılarının təmizlənməsi üzrə işlər davam edir.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti özünün Telegram kanalında məlumat yayıb.

Məlumata görə, Ternopolda axtarış-xilasetmə əməliyyatları dörd gündür davam edir və ölənlərin sayı hazırda altı uşaq olmaqla 33-ə çatıb.

"Ola bilsin ki, bu, ölənlərin son sayı deyil, çünki bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri noyabrın 18-dən 19-na keçən gecə pilotsuz uçuş aparatları və qanadlı raketlərdən istifadə etməklə Ternopola kütləvi hücum edib. Nəticədə 9 mərtəbəli bina qismən dağıdılıb, digərində isə yanğın baş verib.


Sizin reklam burada
Sizin reklam burada