Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumaq hüququ və bu çərçivədə yeni Konstitusiyanın qəbulunun zəruriliyindən danışıb.
News365.az xəbər verir ki, bu barədə Paşinyan dövlət qulluqçuları qarşısındakı çıxışı zamanı bildirib.
“Mən yeni Konstitusiyanın qəbulu ilə ifadə edilməli olan daxili legitimliyimizi gücləndirməyi fundamental hesab edirəm”, - Paşinyan əlavə edib.