Adnan Əhmədzadənin milyonluq mülkiyyəti müsadirə edildi - FOTOLAR

Adnan Əhmədzadənin milyonluq mülkiyyəti müsadirə edildi - FOTOLAR
13:03
Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

News365.az bildirir ki, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir.

Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir.

Qeyd edək ki, bir müddət öncə Adnan Əhmədzadəyə məxsus “Bolmart”ın Bakının Səməd Vurğun 60 ünvanında yerləşən filialından da çıxarılması gündəmə gəlmişdi.

Image 1 of 4Image 2 of 4Image 3 of 4Image 4 of 4

Sizin reklam burada
Sizin reklam burada