ADNA-da baş vermiş terror aktını unutmadıq

ADNA-da  baş vermiş terror aktını unutmadıq
08:59
Mediayada "dərc etdirilən" yazılarda qeyd edildiyinin əksinə bu həyatından bezib affekt halında ali məktəbin həyətinə "təsadüfən" hadisə törətməsi barədə nağıllara da hələ inanmırıq
Təsəvvür edin, affekt vəziyyətində olan biri 5-10 dəqiqənin içərisində tapancadan 25 dəqiq atəş açıb, azı 2 dəfə tapancanın darağını dəyişməyə vaxt tapıb, özünü itirmədən işini peşəkarcasına necə tamamlaya bilərdi axı ?
Hadisənin şahidi Elnur Eyvazov müsahibəsində bildirib :
"Yanına kimsə yaxınlaşa bilmirdi. Onun üzərinə hücuma keçmək mümkün deyildi. Xüsusi xidmət orqanları da dərhal gəldilər. Onlar belə terrorçunu tezliklə zərərsizləşdirə bilmədilər. Onun etdiyini yalnız xüsusi hazırlıqlılar bacara bilərdi"
İstintaq materiallarında adı çəkilən , Gürcüstan vətəndaşı Mardun Qumaşyan da həbs edilmədi, İnterpola verilmədi və nəisə..
Guya dini məqsədi olub, guya hadisədən öncə xarici tələbələr ilə olan davaya görə qisas olub, guyalar o qədər şayiələr olaraq yayıldı
Lakin həqiqət bir idi..
Rusiya və onların xidmətində olan ermənilər birbaşa günahkar idi terror aktında.
Hadisədən sonra mediayada affekt nağılı kim uydurmağı tapşırıbsa, zamanı gələndə 12 məsumun o dünyada üzlərinə necə baxacaq axı ?
Allah sizlərə rəhmət eləsin terror qurbanı olan ADNA-çılar.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada