Tovuzda dəhşətli qəza- İki nəfər ölüb

Tovuzda dəhşətli qəza- İki nəfər ölüb
18:40

Tərtər rayonunda minik avtomobili yük maşını ilə toqquşub. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində “Mercedes” markalı avtomobildə 2 nəfərin meyiti sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Bərdə rayonu, Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlunun və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızının meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada