Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı 25 nəfər saxlanılıb

Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı 25 nəfər saxlanılıb
17:08

Türkiyədə Böyük Birlik Partiyasının mərhum sədri Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 25 nəfər saxlanılıb.

News365.az xəbər verir ki, saxlanılanlar arasında helikopterin kokpit panelindən bəzi cihazları götürdüyü iddia edilən Aydın Özsıcak və Davut Uçum da var. 

Bildirilir ki, hər iki şəxs 2016-cı il 15 iyul çevriliş cəhdi zamanı həyata keçirilməsi planlaşdırılan sui-qəsd qrupunun üzvləri olub.

Faktla bağlı araşdırma davam edir.



Sizin reklam burada
Sizin reklam burada