Gündəlik məişətdə ən çox qarşılaşdığımız problemlərdən biri də mətbəx və ya hamam borularının tutulmasıdır. Çox vaxt bu problemi həll etmək üçün bahalı kimyəvi vasitələrə qaçırıq. Lakin buna heç bir ehtiyac yoxdur. Çünki hər birimizin mətbəxində olan adi bir məhsul bu çətinliyin öhdəsindən asanlıqla gəlir.
News365.az xəbər verir ki, borularda yığılıb qalan yağ və sabun qalıqlarını təmizləməyin ən effektiv və təbii yolu adi xörək duzudur.
Kanalizasiyanın yenidən rahat işləməsi üçün bu sadə üsulu tətbiq edə bilərsiniz:
Problemli borunun içinə 3-4 xörək qaşığı duz tökün.
Üzərindən dərhal 1-2 litr qaynar (isti) su boşaldın.
Cəmi bir neçə dəqiqə gözlədikdən sonra borunu bol su ilə yaxalayın.
Bu sadə, ucuz və tam təbii üsulla tıxanmış borulardan birdəfəlik qurtulacaqsınız!