İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-yə planlaşdırılan rəsmi səfəri təxirə salınıb. Bu barədə Baş nazir Ofisi məlumat yayıb.
News365.az xəbər verir ki, səfərin təxirə salınmasına səbəb ABŞ-nin sabiq senatoru Lindsi Qrehamın dəfn mərasiminin ayın sonuna keçirilməsidir.
Qeyd edək ki, Netanyahunun şənbə günü Vaşinqtona uçacağı, həm dəfn mərasimində iştirak edəcəyi, həm də ABŞ Prezidenti Donald Trampla görüşəcəyi gözlənilirdi.
Bu səfər baş tutacağı təqdirdə, Netanyahunun İranla müharibədən sonra Vaşinqtona ilk rəsmi səfəri olacaqdı. O, sonuncu dəfə ABŞ-yə bu ilin fevral ayında səfər edib.
News365.az