Şanlıurfada iki fəhlə hündürlükdən yıxılıb.
News365.az xəbər verir ki, binanın fasadını rəngləyən iki fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Məlumata görə, 18 yaşlı Muhammed Kızılkan və 19 yaşlı Muhammed Mustafa Toruntay asma iskələnin kəndirinin qırılması nəticəsində 5-ci mərtəbədən yıxılıblar.
Hadisə nəticəsində hər iki şəxs həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.