ABŞ və İran arasında hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putinin Tehrana xüsusi idarəetmə təyyarəsi göndərməsi dünya mediasının diqqət mərkəzindədir. Söhbət fövqəladə və böhran vəziyyətlərində dövlət rəhbərliyinin təhlükəsiz rabitəsini təmin edən, Rusiyada “Qiyamət günü təyyarəsi” kimi tanınan Tu-214PU-dan gedir. Rəsmi olaraq uçuşun məqsədi açıqlanmasa da, bu addım müxtəlif suallar doğurur.
Məsələ ilə bağlı
"Moskva bu addımla ABŞ-yə İranın yanında olduğunu nümayiş etdirməyə çalışır. Eyni zamanda, bu təyyarənin göndərilməsi fövqəladə şəraitdə İranın ali siyasi-hərbi rəhbərliyinin təhlükəsiz rabitə ilə təmin olunması, hətta lazım gələrsə, onların mümkün evakuasiyasına hesablanmış ola bilər".
Bununla belə, politoloq Rusiyanın İrana hərbi dəstəyinin real müstəvidə nəticə verəcəyinə şübhə ilə yanaşır:
"Mövcud şəraitdə Rusiyanın İrana göstərə biləcəyi hərbi yardımın mümkün müharibənin gedişinə ciddi təsir edəcəyi inandırıcı deyil. Moskva özü uzun müddətdir Ukrayna müharibəsinə böyük resurslar sərf edir və bu, onun hərbi-strateji imkanlarını məhdudlaşdırıb. Buna görə də genişmiqyaslı hərbi dəstək real görünmür.
Digər tərəfdən, bu təyyarənin gəlişi və ya növbəti mərhələdə göstəriləcək köməklər İranın hərbi vəziyyətini əsaslı şəkildə dəyişə bilməz. Çünki hazırda ABŞ hərbi və texnoloji üstünlüyünü qoruyur və əsas həlledici faktor da elə budur".
M.Əsədullazadə onu da əlavə edib ki, missiyanın arxasında daha sadə bir məqsəd də dayana bilər:
"İstisna deyil ki, Rusiya İrandakı öz vətəndaşlarını, hərbi mütəxəssislərini və ya yüksək vəzifəli şəxsləri təhlükəsiz şəkildə təxliyə etmək üçün də bu addımı atıb".