Yay mövsümündə küləkli və fırtınalı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dənizə girməməyi tövsiyyə edir.
News365.az xəbər verir ki, lakin bu tətbiqi çimərliklərdə bəzi vətəndaşların narazılığına və etirazına səbəb olub.
Belə ki, sahilə gələn sakinlərin bir hissəsi suya daxil olmaq niyyətlərinin olmadığını bildirirlər. Onlar sadəcə sahildə gəzmək, dəniz havası almaq və ya sahildəki kafelərdə əyləşib çay içmək istədiklərini, lakin buna da tövsiyyə olunmadığını vurğulayırlar:
"Biz dənizdə çimmək istəmirik. Sadəcə ailəmizlə sahildə gəzməyə, çay içməyə gəlmişik. Amma bizi heç əraziyə də buraxmırlar. Suya girməyən adam üçün nə təhlükə ola bilər axı?" – deyə sakinlər giley edirlər.
Məsələ ilə bağlı vətəndaşların şikayətlərini və yaranan sualları aydınlaşdırmaq üçün News365.az olaraq Fövqəladə Hallar Nazirliyinə (FHN) rəsmi sorğu ünvanlamışıq. Qurumdan