ABŞ və İran arasında razılaşma yaxınlaşır? - Ekspertdən şərh

ABŞ və İran arasında razılaşma yaxınlaşır? - Ekspertdən şərh
12:38

"ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda tərəflərin mövqelərində müəyyən yumşalma əlamətləri müşahidə olunur. Lakin yaxın perspektivdə yekun razılaşmanın əldə olunacağını söyləmək hələ tezdir."

Bu fikirləri politoloq Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, İranın əsas tələblərindən biri ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi olub. ABŞ isə uzun müddətdir İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasını tələb edirdi.

Politoloq qeyd edib ki, son vaxtlar ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən açıqlamalar danışıqların gedişində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Onun fikrincə, Vaşinqtonun əvvəlki dövrlərdə olduğu kimi zənginləşdirilmiş uranın İrandan çıxarılması tələbini ön plana çəkməməsi diqqət çəkir.

Ə. Zülfüqaroğlu hesab edir ki, əgər ABŞ bu məsələdə daha çevik mövqe nümayiş etdirərsə, İran da sanksiyaların mərhələli şəkildə yumşaldılması variantını nəzərdən keçirə bilər.

Bununla belə, ekspert vurğulayıb ki, danışıqlar prosesində hələ də ciddi fikir ayrılıqları qalmaqdadır. Onun sözlərinə görə, tərəflər arasında təmaslar və müzakirələr davam etsə də, yaxın müddətdə yekun razılığın əldə olunacağı barədə qəti proqnoz vermək mümkün deyil.

Politoloq əlavə edib ki, Donald Trampın son açıqlamalarında növbəti həftələrdə yeni görüşlərin keçirilməsi ehtimalına işarə edilsə də, bununla bağlı hələlik rəsmi təsdiq yoxdur.


Sizin reklam burada
Sizin reklam burada