ABŞ sülhməramlı adı altında hələ də Ukrayna böhranından sui-istifadə etmək istəyir.
Bu fikir “China Daily” qəzetindəki məqalədə yer alıb.
"Sülh axtarışı ABŞ prezidenti Donald Tramp və onun həmkarları üçün ABŞ-ın maraqlarını maksimum dərəcədə artırmaq üçün sadəcə bir pərdədir"',-müəllif yazıb.
Onun fikrincə, sülh Ağ Ev rəhbərinin Yaxın Şərq və Ukrayna böhranlarına son qoyulması istiqamətində vasitəçilik etməkdə əsl motivi deyil.
Məsələn, Vaşinqtonun Kiyevlə son zamanlardakı sərt danışıqları göstərdi ki, zərurət yaranarsa, ABŞ “səylərini şübhə altına alan istənilən tərəfə hücum edə bilər”.
Xatırladaq ki, martın 11-də baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural