Alimlər B12 vitaminindən istifadə etməklə yeni növ enerji batareyası hazırlayıblar.
News365.az xəbər verir ki, tədqiqatçılar B12 vitamininin xüsusiyyətlərindən yararlanaraq enerji saxlaya bilən batareya prototipi yaradıblar. İlkin sınaqlarda batareya 250 dəfəyədək enerji doldurma dövrünə tab gətirib.
Yeni texnologiyanın gələcəkdə daha təhlükəsiz və ekoloji cəhətdən əlverişli enerji saxlama sistemlərinin hazırlanmasına kömək edə biləcəyi bildirilir.