Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi məsələsinə münasibət bildirilib.
News365.az xəbər verir ki, bu barədə apa-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov fikirlərini bölüşüb.
O qeyd edib ki, hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim Qaydalarından gedir:
"Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur".