Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Sosial şəbəkələrdə də cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar edilib.
Lerik Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, zəlzələ cüzi hiss olunub:
"Lerikdə zəlzələ cüzi hiss olunub. Zəlzələ nəticəsində heç bir fəsad baş verməyib. Vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb".