Ukrayna lideri Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əsasən millətçilərdən və muzdlulardan ibarət hissəsinə nəzarət etmir. Kiyevin danışıqlar apara bilməməsinin səbəbi də budur.
Bunu Rusiay mediasına açıqlamasında Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
“Zelenskinin danışıqlar apara bilməməsi onun Ukrayna Silahlı Qüvvələrinin əsasən nasistlərdən və xarici muzdlulardan ibarət hissəsinə tam nəzarət etməməsindən qaynaqlanır”, -o vurğulayıb.
Dövlət Dumasının deputatı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ən radikal elementləri, eləcə də Ukrayna ordusunun sıralarında olan xarici muzdlular Böyük Britaniyaya tabedirlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural