Ermənistanda tragikomik hadisə baş verib. Yerli medianın yaydığı məlumata görə, ilk dəfə səsverməyə qatılan gənc qız həyəcandan huşunu itirib.
"Parakardakı 14/12 saylı seçki məntəqəsində seçici səsvermə kabinəsinin yanında huşunu itirib. Onun yanında valideyni də olub. Valideyn qızın ilk dəfə seçim etdiyini deyib. Əraziyə dərhal təcili yardım çağırılıb", - "Mamul" nəşri yazıb.
İnsidentin videogörüntüləri sosial şəbəkələr və saytlarda da dərc olunub.
Tural