ABŞ-ın Ukraynadan ağılalmaz tələblləri məlum oldu

ABŞ-ın Ukraynadan ağılalmaz tələblləri məlum oldu
30 Mar 2025 14:00

ABŞ-ın Ukraynaya təklif etdiyi mineral ehtiyatlara və infrastruktura dair sazişin son versiyasının detalları məlum olub.
Sazişin detallarını “Le Monde” dərc edib.

ABŞ Ukraynanın resursları və infrastrukturu üzərində hüquq tələb edir

ABŞ faktiki Ukraynanın bütün resursları və infrastrukturu ilə bağlı hüquqların ona məxsus olmasını istəyir. Qeyd edilib ki, bundan əvvəl Vaşinqton Kiyevdən hərbi yardımlarının əvəzində 500 milyard dollar tələb edirdisə, sazişin son versiyasında məbləğ yer almır. Layihədə bildirilir ki, Ukraynanın ABŞ-a ödəyəcəyi vəsait sonradan hesablanacaq və sazişə əlavədə əksini tapacaq. Sazişin son versiyası artıq həm də Ukraynanın bütün infrastrukturunu əhatə edir və layihədə Kiyevə hər hansı təhlükəsizlik zəmanəti əksini tapmır.
Bundan əvvəl “The Daily Telegraph” yazıb ki, sazişin son versiyasında ABŞ Kiyevlə birgə yaradılacaq Fond vasitəsi ilə bu ölkənin neft və qaz ehtiyatlarının yarısına, metal resurslarına və dəmir yolu, limanlar, kəmərlər və emal zavodları da daxil olmaqla, infrastrukturun böyük hissəsinə nəzarət etmək istəyir. Vaşinqton həmin Fondun Müşahidə Şurasının 3 üzvünü təyin etmək səlahiyyətinə malik olmaq niyyətindədir.Ukraynanın gəlirləri

Bundan əlavə, ABŞ-a minimum 100 milyard dollar ödənilənə qədər Ukraynanın bütün gəlirlərinin Vaşinqtona verilməsi istənilir. Kiyev ABŞ-a borcunu qaytardıqdan sonra gəlirlərin 50 faizini ala biləcək.

Ukraynanın resurslarına və infrastrukturuna nəzarət edən Fond yaradılmalıdır

Ukraynanın təbii resurslarına və infrastrukturuna nəzarət edən Fond ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçməlidir. Sazişin son versiyasına görə, Vaşinqton Ukraynanın resurslarının üçüncü ölkələr satışına veto qoymaq və bu ölkənin dövlət qurumlarının hesablarını yoxlamaq imkanına malik olmaq da istəyir.


Sizin reklam burada
Sizin reklam burada